Bagoblok

Bagoblok — AĞRINI BLOKA SAL!

Analgetik, iltihabəleyhinə, antinevritik dərman.

BETAMETHASONE + DICLOFENAC SODIUM + HYDROXOCOBALAMIN (2 + 75 + 10) mq

İnyeksiya üçün məhlul

TƏRKİBİ:
1 ampulda 2 mq betametazon (betametazon natrium-fosfat şəklində), 75 mq natrium – diklofenak, 10 mq hidroksokobalamin (hidroksokobalamin sulfat şəklində) vardır.

FARMAKOLOJİ TƏSİRİ:

Baqoblokun aktiv komponentlərindən biri Diklofenakdır. Onun kimyəvi adı 2-6-dixloranilin-fenilasetil turşusunun natrium duzudur, fenilasetil turşusunun törəməsi olub, iltihabəleyhinə və analgetik təsirə malik qeyri-steroid iltihabəleyhinə maddədir. Onun farmakoloji təsir mexanizmi iltihabi proseslərdə prostaqlandinlərin sintezini və sekresiyasını tormozlaması ilə əlaqədardır. Nəticədə Diklofenak hazırda məlum olan hər iki siklooksigenaza izoenzimlərini (COG-1 və COG2) inhibə edir. Müəyyən olunmuşdur ki, Diklofenakın yüksək konsentrasiyaları leykotrienlər və 5-
hidroksieykozatetraen turşusu da daxil olmaqla araxidon turşusunun metabolitlərinin formalaşmasını tormozlayır. Əlavə olaraq, polimorfonuklear leykositlər də daxil olmaqla leykositlərin iltihab zonasına miqrasiyasını, ADF və kollagenlə induksiya olunan trombositlərin aqqreqasiyasını ləngidir. Diklofenak polimorfnüvəli leykositlərdən lizosomal fermentlərin ifrazını çətinləşdirir, superoksid hasilatını və leykosit xemotaksisini tormozlayır. Onun analgetik təsiri nosiseptiv mexanizmə aid mediatorların azalması və periferik impulsların əmələ gəlməsinin blokadaya alınması ilə
əlaqədardır. Bundan əlavə, hipotalamus səviyyəsində mərkəzi, qeyri-opioid təsirinin olması da güman edilir. Antipiretik təsir də hipotalamus səviyyəsində prostaqlandin aktivliyinin azalması ilə əlaqədardır. Betametazon- steroid iltihabəleyhi vasitədir. Fizioloji qlükokortikoidlər (kortizon və hidrokortizon) əsasən vacib ümumi metabolik hormonlardır; Betametazon kimi sintetik kortikosteroidlər xüsusən yüksək iltihabəleyhi təsirə malik olduqlarına görə istifadə olunur. Yüksək dozalarda onlar immun cavab reaksiyasını azaldır. Onların metabolik və natriumu orqanizmdə ləngitmə təsiri hidrokortizona nüsbətən aşağıdır. Hidroksokobalamin (B12 vitamini) yağların və karbohidratların metabolizmi, zülalların sintezi kimi proseslərdə koenzim şəklində iştirak edir. O, böyümə, hüceyrənin replikasiyası, hematopoez, nukleoprotein və mielinin sintezi üçün vacibdir. Yüksək dozalarda aparılan klinik tədqiqatlarda onun əhəmiyyətli antidiuretik effektə malik olduğu nümayiş etdirilmişdir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

  • İntensiv iltihabi və xüsusilə nevrit komponentli ağrılı proseslər
  • Ostexondroz
  • Osteoartroz
  • Podaqra
  • Miozit
  • Mialgiya
  • Revmatik mənşəli oynaq və qeyri-oynaq xəstəlikləri
  • Fibromialgiya
  • Bel ağrısı
  • İşialgiya
  • Travmalar
  • Bağların dartılması

ƏKS GÖSTƏRİŞLƏR: Preparatın komponentlərindən hər hansı birinə qarşı allergik reaksiyanın olması.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ: Diklofenakdan istifadə etməklə siçanlar üzərində aparılan tədqiqatlarda onun anaya, dölə toksiki təsiri, eləcə də teratogen təsiri aşkar olunmamışdır.

PEDİATRİYADA İSTİFADƏSİ:
Bu preparat 12 yaşdan aşağı uşaqlar üçün məqsədəuyğun hesab edilmir.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Əzələ daxilinə yeridilir. İnyeksiya yerində diskomfort riskini minimuma endirmək və ya əlavə təsirləri azaltmaq üçün inyeksiya ehtiyatla aşağıdakı qaydalara əməl etməklə həyata keçirilməlidir:
• Inyeksiya yerini diqqətlə təmizləmək;
• Dərmandan istifadə müddətində təmizliyi saxlamaq;
• Mümkün qədər dərinə yeritmək;
• Yavaş-yavaş yeritmək;
• Məhlulun sorulmasını artırmaq məqsədilə inyeksiya yerini yüngülcə masaj etmək.
Doza xəstənin klinik vəziyyətindən asılı olaraq fərdi qaydada seçilir. Məsləhət görülən orta doza aşağıdakı kimidir:
Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda: Gündə 1-2 ampula, əzələ daxilinə.

ƏLAVƏ TƏSİRLƏRİ:
Terapevtik dozalarda preparata dözümlülük adətən yaxşıdır. Əlavə təsirlər nadir hallarda rast gəlinə bilər:
qarın ağrıları, baş ağrısı, su və natriumun ləngiməsi, qarında köp, ürəkbulanma, qəbizlik, meteorizm, qaraciyər sınaqlarında cüzi dəyişiklik. Dəridə: səpkilər, qaşınma.

BURAXILIŞ FORMASI: Qutuda 6 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

LABORATORİOS BAQO SA, Argentina